Bu gün Türkiyənin Azərbaycandakı Böyükelşiliyində qardaş ölkənin Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirilib. Baki-xeber.com-un SİA-ya istinadən xəbərinə görə, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, KİV rəhbərləri, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edib. Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə tədbiri açan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazanmasından danışıb, qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmaz iradəsinin nümunəsidir və bugünkü Türkiyə dövləti bütün bunların nəticəsi olaraq qurulub.
Tədbir ziyafətlə davam edib.