Gürcüstanın Faxralı kənd sakini olan azərbaycanlı Turqay Mikayılov artıq 35 gündür ki, Ermənistanda saxlanılır.
Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili APA-nın Gürcüstan bürosuna deyib ki, Ermənistan tərəfi bu həftə Gürcüstan vətəndaşı olan Turqay Mikayılovu buraxacağını bəyan etsə də, vədini yerinə yetirməyib: "Danışıqlar zamanı Ermənistan tərəfi söz verdi ki, 5 günə bizim azərbaycanlı vətəndaşımızı azad edəcəklər. Mən də dedim ki, bir həftə də gözləyərik. Lakin bu müddət başa çatdı. Sabah mənə dəqiqi cavab verəcəklər. Vətəndaşımızın azad olması barədə bir xəbər gəlməsə, özüm Ermənistana gedəcəyəm”.