Dünən Türkiyənin Suriya sərhədi yaxnlığında yerləşən hərbi bazasına PKK-çıar silahlı basqın edib. Onların avtomat və minaatanlardan açdığı atəş nəticəsində mülki vətəndaşlar həlak olub. Bu barədə baki-xeber.com "Euronews”ə istinadən xəbər verir. Xəbərdə 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı, onlardan birinin isə azyaşlı olduğu deyilir.
Daha 3 nəfər isə dünən gecə saatlarında Türkiyənin İraq sərhədində - Hakkari əyalətinin Yüksəlova şəhərində öldürülüb. Ardınca şəhərdə komendant saatı elan olunub. Bunun səbəbi regionda kürd yaraqlılarının ciddi şəkildə aktivləşməsilə izah olunur.
Qeyd edək ki, Türkiyə ilə Kürd Fəhlə Partiası arasında 2 il yarım davam edən barışıq bu ilin iyul ayında pozulub. O zaman Ankara PKK-ya yaxın şəxslərin 2 polis məmurunu öldürməsinə təşkilatın İraqdakı mövqelərinə aviazərbələr endirməklə cavab verdi.