Türkiyə HHQ və ABŞ Suriyanın şimalında "İslam dövləti” qruplaşmasının mövqelərini havadan bombalamaqda davam edir. Bu barədə baki-xeber.com "Euronews”a istinadən xəbər verir. Bildirilir ki, məqsəd Türkiyə sərhədi boyunca "təhlükəsiz zona” yaratmaqla terrorçu qruplaşmanı ölkənin şimal əyaləti Aleppoya doğru sıxışdırmaqdır. Bununla belə, cihadçılar yeni ərazilər ələ keçirməklə bir qədər irəliləməyi bacarıb. Onlar dəstələr yaradaraq müqavimət göstərməyə cəhd edən silahlı Suriya müxalifətini məğlub edərək 7 kəndi nəzarətinə götürüb və bir qədər də irəliləyərək ölkənin şimal-qərbindəki Mari şəhərinin ətraf ərazilərinə çatıb.
Bu arada Suriya ordusu, üsyançılar və ordu tərəfində döyüşən "Hizbullah” qruplaşması arasında dünən 48 saatlıq barışıq haqqında razılıq əldə olunub. Razılıq üsyançıların nəzarətində olan, Dəməşqin 50 kilometrliyindəki Zəbadani şəhərini, həmçinin İdlibin 3 şiə əyalət kəndini də əhatə edir. Lakin o da bildirilir ki, belə bir razılıq artıq avqustun əvvəllərində əldə olunub, lakin atəşkəsin bir neçə sutka artırılması ilə aradan qalxıb.