Bakı şəhərində intihar hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən "ABU PETROL” yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Böyük Britaniya vətəndaşı, 1976-cı il təvəllüdlü Elizabet Adamuku yaşadığı 16 mərtəbəli binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib. Polisdən həmçinin bildirilib ki, intihar edən şəxsin hamiləliyi bir müddət əvvəl pozulub və o, depressiyaya düşüb. Xarici vətəndaşın məhz bu səbəbdən intihar etdiyi ehtimal edilir.