Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İTV 10 il bizimlə... biz də onunla...
Tarix: 28.08.2015 / 02:59
Bölmə: Gündəm
On il nə tez gəlib çatdı? 2005-ci ilin bir yay günündə qapımızı döyüb evimizin əziz qonağı olan İctimai Televiziyanın 10 yaşı tamam olur. Yarandığı gündən indiyə qədər böyük yaradıcılıq yolu keçən İctimai Televiziya və Radio Şirkətinin fəaliyyətini tamaşaçılar davamlı olaraq yaxından izləyir. İctimai Televiziya və Radio xeyli müddətdir efirdədir, mavi ekran və efir dalğaları vasitəsilə könül dostumuza çevrilib.
Azərbaycan teleradio məkanında yeni bir üfüq açan İTV müxtəlif yaş kateqoriyalarına mənsub insanların zövqünə uyğun proqramlar, verilişlər təqdim edir. Fərqli dəst-xəttə, rəngarəng proqramlara, maraqlı ideyalara, layihələrə geniş meydan verildiyindən, İTV tamaşaçıların arzu və istəklərini əhatə etməkdədir. Yayıma başladığı ilk vaxtlardan başlayaraq, indiyə kimi, yeni yaradıcılıq axtarışları, aktual məsələlərə köklənən layihələr, ərsəyə gətirilən proqramlar diqqətəlayiqdir. İctimai Televiziya respublikamızın zəngin, ətraflı, qərəzsiz informasiya, eyni zamanda da maarifləndirici, tolerantlığın üstünlük təşkil etdiyi, xeyli dərəcədə də əyləncə telekanallarından biri kimi, Azərbaycan ərazisində 24 saat ərzində Azərbaycan dilində proqram yayımlayır. İctimai Televiziyada həmçinin ingilis və rus dillərində "Carçı" informasiya verilişi də yayılır.
10 illik böyük bir yolu qət etməyi bacaran İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai Televiziya və Radio Yayımı Haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan Dövlət Televiziyasının 2-ci kanalı və Azərbaycan Dövlət Radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio Yayımı Haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Müstəqillik dövründə yaranan bir neçə teleradio şirkəti arasından İTV seçilir. İTV 2005-ci il 29 avqust tarixində evlərimizə daxil olub, həmin tarixdə İTRYŞ-nin açılış mərasimi keçirilib. İctimai Televiziya 2007-ci ildən Avropa Yayım Birliyi(EBU)-nin üzvü seçilib və 2007-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsini yayımlayıb. 2008-ci ildə isə Azərbaycan "Avroviziya" Mahnı Müsabiqəsində Samir və Elnur dueti, "Day after Day" mahnısı ilə təmsil olunub. İctimai Televiziyada yaradıcılıq mühitinin sağlam olmasının kökündə dayanan amillər odur ki, burada peşəkarlar çalışır. Peşəkarlıq olan yerdə isə yaradıcılıq və nailiyyət olur. Məlumdur ki, 2013-cü ildən etibarən telekanal rəhbərliyinə görkəmli kino xadimi Cəmil Quliyev rəhbərlik edir, onun gəlişi İTV-nin həyatında yeniliklərə səbəb olub. Onu da qeyd edək ki, artıq bir ildən artıqdır İctimai Televiziya (4 avqust 2014-cü il tarixindən) 16:9 (geniş ekran) formatla yayıma keçib.
Xəbər proqramı olan "Carçı" on ildir tamaşaçıların informasiya almaq tələbatını ödəməyə çalışır, buna nail olur da. Fərqli xəbər təqdimatı ilə görüşümüzə gələn "Carçı" ölkə və dünya gündəmini tutan məlumatları operativ şəkildə çatdırır. İTV yarandığı gündən ictimai-siyasi proqramlar, analitik təhlillər, mədəniyyət, təhsil, əyləncə, intellekt, respublikamızda yaşayan azsaylı xalqların həyat tərzi ilə bağlı verilişlər nümayiş etdirir. Musiqi mədəniyyətimizin ən müxtəlif istiqamətləri haqqında hazırlanan verilişlər mövsümi xarakter daşımır, uzunömürlü olur. Bu televiziyada elə proqramlar var ki, İTV ilə yaşıddır. İTV-də təqdim olunan "Yeni gün", "Haqqım var ki, öyünüm", "Ozan məclisi", "Addım-addım", "Tibb dünyası", "Biri var imiş, biri yox imiş" (uşaq verilişi), "Səhər sovqatı", "TVR klub", "Çarpaz baxış", "Bir kəndin nağılı", "Qadın dünyası", "Xəmsə","Açıq dərs", "Bakı vaxtı", "Yeni dalğa", "Kreativ", "Ortaq məxrəc", "Diqqət mərkəzi", "Muzey şəhər", "Odlar yurdu", "Yadigarlar", "Vətən səsi", "El sənəti", "Ötən əsrin nəğməsi" və digər verilişlər tamaşaçıların davamlı izlədiyi proqramlardır. Tamaşaçıların böyük maraqla izlədiyi "Ortaq məxrəc" tok-şousu cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə edildiyi proqram kimi özünə kifayət qədər tamaşaçı auditoriyası toplaya bilib. Bu verilişdə çeşidli mövzular, fərqli məsələlər çözülür. Mənəvi-əxlaqi, milli-mədəni, ictimai, sosial və s. mövzular bu proqramda özünə yeni, fərqli yanaşma qazanır. Təbii, hər mövzunun özünün təqdimat biçimi var və hesab edirik bu, "Ortaq məxrəc"də alınır. Bu məzmunlu verilişlər tamaşaçının maraqlarına uyğundur və bu baxımdan da ona tamaşa edənlər az deyil.
İntellekt proqramlarından söz düşəndə bizim telekanallarda bir vaxtlar bu istiqamətin qəhətə çıxdığının ağrısını çəkirdik. Yalnız Azərbaycan Televiziyasında bu məzmunda proqramlar vardı. Son illər bu sıraya İTV də qoşulub. Bu telekanalın efirində nümayiş olunan "Xəmsə" və "Ailəm aləm" kimi intellektual verilişlər Azərbaycan gənclərinin maarifləndirilməsi kimi ali bir məqsədə xidmət edir. Ölkənin bütün bölgələrindən belə yüksək intellektual səviyyəli ailələrin yarışması paytaxtdan uzaqda yaşayan insanların unudulmadığına, elmə, biliklərə yiyələnməyin həmişə üstünlük olduğuna inam yaradır. Onu da müşahidə edirik ki, İctimai Televiziya təhsil və maarifçilik məsələlərinə xüsusi diqqət yetirir və bu sahədə layihələrini davam etdirir və ərsəyə proqramlar, tok-şoular gətirir. Artıq bir neçə ildir təqdim edilən "Açıq dərs" proqramı özünə tamaşaçılar toplaya bilib. Bildiyimiz kimi, bu tok-şouda müasir təhsilin ən mühüm istiqamətləri qabardılır, insanları düşündürən problemlər ətrafında açıq müzakirələr gedir.
Neçə ildir Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarında ən yüksək bal toplayan gənclərin əldə etdiyi nailiyyətlərin təbliğinə həsr edilmiş videoçarxlar tamaşaçıların marağına səbəb olur, istedadlı gənclər cəmiyyətə nümunə kimi təqdim edilir.
İTV-də tamaşaçıların diqqətini çəkən istiqamətlərdən biri də burada tarix, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən verilişlər, vətənpərvərlik mövzusunda proqramların hazırlanmasıdır. Qədim mədəniyyətimizi özündə əks etdirən, onu təbliğ edən verilişlərin çoxluğu təqdirəlayiqdir. Azərbaycanda çox az tarixi abidə, qədim şəhər, Azərbaycan və dünya əhəmiyyətli nümunələr tapılar ki, İTV-nin efirindən kənarda qalsın. Xalqın sərvətinə, əjdadlarımızın əmanətinə burada özəl münasibət və qayğı var. Qayğı olan yerdə isə qədirbilənlik var. Bəllidir ki, dünya televiziya məkanında proqramlar əsasən kommersiya maraqlarına xidmət edir, yüksək gəlir gətirməyən layihələr efirə yaxın belə qoyulmur. Təəssüf ki, bizim bəzi telekanallarda da kommersiya maraqları milli-mənəvi dəyərlərə, musiqimizə, tariximizə, soykökümüzü öyrənib təbliğ etməyə əngəl olur. Xoşbəxtlikdən İctimai Televiziyada bu belə deyil. Bu kanalda əyləncəli proqram da maarifləndirməyə xidmət edir. Bayağı şou proqramlarına, şit danışıqlara burada rast gəlmək mümkün deyil. Telekanalın əsas missiyası maarifləndirmək, dövlətçilik və ictimai maraqlara xidmət etmək, bir sözlə, ictimaiyyətin televiziyası olmaqdan ibarətdir. Tamaşaçı hiss edəndə ki, televiziya və radio kanalları onu düşünüb verilişlərini məhz zövqlü tamaşaçı üçün hazırlayır, onda ondan ayrılmır. Musiqili proqramlar tamaşaçıların ən çox izlədiyi, zövq və enerji aldığı verilişlərdir. İllah da ki, o musiqi verilişi tamaşaçını nostalji notlara kökləyir, əhvalını dəyişir, həyəcanlandırır, onda tamam başqa bir aləm olur. İctimai Televiziya və İctimai Radioda belə proqramlar çoxdur. O verilişlərdə həm günümüzün səviyyəli hit mahnıları, həm də keçən onilliklərdə yaranan nəğmələr, həm aşıq musiqisi, həm muğam, həm də xalq mahnısı və təsniflər, bəstəkarların əsərləri təqdim edilir. Tarixi, ədəbi, sənət mövzusunda olan verilişlər də həmçinin. Hər iki istiqamətdə yayımlanan "Ötən əsrin nəğmələri", "Bir mahnının tarixçəsi", "Bakı vaxtı" "Bakı sirləri" kimi silsilələr mədəniyyətimizin və tariximizin nisbətən az öyrənilmiş səhifələri ilə bizi tanış edir. Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığına yeni formada, yeni prizmadan baxış var İTV-də. Diqqətçəkən məsələlərdən biri də odur ki, proqramlara ekspert qismində əsasən ziyalılar, xalqa söz deməyə haqqı çatan insanlar dəvət edilir. Yazının əvvəlində qeyd etmişdik ki, İTV-də dini, milli tolerantlığın təbliği ilə bağlı proqramlar, azsaylı xalqların həyat tərzini, folklorunu, etnoqrafiyasını, tarixini təbliğ və tərənnüm edən proqramlar burada nümayiş olunur. Onların Azərbaycanın bir parçası olduğu bu verilişlərin qayəsini təşkil edir. Ölkədə yaşayan azsaylı xalqların mədəniyyəti, musiqisi, folkloru və ədəbiyyatı İctimai Televiziyanın proqram siyasətində xüsusi yer tutur. Müxtəlif millətlərin paytaxtdan uzaqda - ucqar dağ kəndində yaşayan nümayəndələrinin - nənələrin laylası, babaların hikməti İctimai Televiziya vasitəsilə hamının, bütün xalqın malına, sərvətinə çevrilir. Respublikanın yaşam tərzinin göstəricisi olan bu fərqlilik İctimai Televiziyanın efirinin rəngarəngliyini təmin edir.
İTV-də Milli Qəhrəman və şəhidlərimiz barədə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsinə həsr edilən veriliş və sənədli filmləri xüsusi qeyd etmək istəyirik. Bu layihə ictimaiyyət tərəfindən müsbət qarşılanır. İTV-nin efirində yayımlanan siyasi, politoloji, analitik proqramların da tamaşaçısı az deyil. İTV-də on il müddətində təqdim edilən siyasi verilişlərin adlarını da qeyd etmək yerinə düşərdi. "Gerçəyin özü", "Yekun", "Diqqət mərkəzi", "Aktual mövzu", " Xalq seçir" və digər proqramlar ictimai-siyasi, analitik təhlillərin geniş yer verildiyi verilişlər kimi tamaşaçını cəlb edir. İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və müzakirə formasında aparılır. Ümumiyyətlə, hər bir televiziya və radionun öz proqram siyasəti, tamaşaçını cəlb etmək üçün xüsusi maneraları olmalıdır. İctimai Televiziya və İctimai Radio bu baxımdan xeyli üstünlüyə malikdir.
İTV-nin efirində aşıq sənətinə həsr edilən "Ozan məclisi" (İctimai Radioda da həftənin dörd günü "Telli saz" proqramı efirə gedir-İ.S.), dünyadan köçən elm, mədəniyyət, ədəbiyyat, musiqi, ictimai və siyasi xadimlərin xatirəsinə ayna tutan "Yadigarlar", Azərbaycan xalq sənətinin ən müxtəlif sahələrini işıqlandıran "El sənəti", qürbətdə yaşayan soydaşlarımıza vətəndən xoşməramlı ideya və fikir mesajları ötürən "Vətən səsi" və digər proqramları tamaşaçılar yaxından izləyir. On yaşlı İTV-nin ömürlüyünə çox proqramların, çox müəlliflərin adı yazılıb, hərəsi də özünəməxsus şəkildə tamaşaçı qəlbinə yol tapmağı bacarıb. On il bir televiziya və radio üçün özünü təsdiqləməsində yetərli bir rəqəmdir. Bu təkcə quru rəqəm kimi anlaşılmamalıdır, zəngin, maraqlı, dəyərli zaman kimi İTV-nin aktivinə yazılmalıdır. Təbii ki, yazılıb da. Tamaşaçı ekranın o üzündən boylanan müəllif və aparıcıların, kadr arxasında qalan redaktor və texniki heyətin istiliyini, səmimiliyini hiss etməyə bilmir. Biz tamaşaçılar bu 10 illik müddət ərzində İTV-nin obrazını elə bu şəkildə də görə bildik-səmimi, qərəzsiz, tolerant, maarifçi və qədirşünas.
İTV-nin 10 illik yubileyi münasibətilə "Bakı-Xəbər"in baş redaktoru Aydın Quliyev və kollektivimiz adından bu televiziya və radio şirkətinin baş direktoru Cəmil Quliyevi və bütün əməkdaşlarını təbrik edir, gördükləri bu şərəfli və əvəzsiz işlərdə onlara uğurlar arzulayırıq.
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb
05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...
05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...
05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib
05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu
- dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...
05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər
- Tramp açıqladı...
05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...
05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır
– Heqset və Rubio “vurula” bilər...
05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqavilə imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ