Liviya sahillərində, Zuvara şəhəri yaxınlığında iki qayığın batması ilə azı yüz nəfər miqrant həyatını itrib. Bu barədə baki-xeber.com "Reuters”ə istinadən xəbər verir. Qayıqların birində 50, digərində 400 miqrant olub. Onlardan 201 nəfəri xilas edilib. Ölü sayının arta biləcəyi ehtimal olunur. Əsasən Suriya, Banqladeş və digər subekvatorial Afrika ölklərindən olan miqrantlar qaçqın kimi Avropaya üz tutublarmış. Bundan cəmi iki gün əvvəl başqa bir gəmi Liviya sahillərində qəzaya uğramışdı, ziddiyyətli xəbərlərə görə, nəticədə 20-50 miqrant həyatını itirmişdi. Daha bir gəmidə isə, gəminin tryumunda yerləşdiklərindən, 30 nəfərdən çox mirant dəm qazından boğularaq həyatla vidalaşmışdı. Bu günlərdə isə Avstriyada – paytaxt Vyana yaxınlığında yük avtomobilində miqrant olduqları ehtimal edilən 50 nəfərin cəsədi aşkarlanıb. Onların uzun müddət bağlı yerdə qalma səbəbindən boğulduqları ehtimal olunur. Avstriya hüquq-mühafizə orqanları ölkəyə qanunsuz miqrant keçirən 3 nəfəri göz altına alıb.
Avropa İttifaqının "Triton” xilasetmə əməliyyatı rəhbərliyinin açıqlamasına görə, 2015-ci il ərzində Aİ ərazisinə gələn miqrant sayı 340 min təşkil edib.