Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları yolun təhlükəsizliyini təmin edən əsgərlərə avtomat silahlardan atəş açıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Lice rayonunda Bingöl magistralının üzərində yerləşən Ziyarət kəndi yaxınlığında baş verib. Nəticədə 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Qarşıdurmanın ardından qaçan terrorçuları zərərsizləşdirmək üçün havadan dəstək verilməklə əməliyyat başlayıb. Yaralanan əsgərlər isə helikopterlə Diyarbəkirə gətirilərək xəstəxanalara yerləşdirilib