İraqın Ənbər vilayətində 2 ərəb generalı intiharçı hücumunun qurbanı olub. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Terror aktının məsuliyyətini "İslam dövlətiD terrorçu qruplaşması öz üzərinə götürüb. "İntiharçının idarə etdiyi bombalı avtomobil əl-Ramadidən şimalda zabitlərə hücum edib”- deyə "Əl-Ərəbiyyəв telekanalına açıqlamasında İraqın müdafiə nazirliyinin nümayəndəsi Nasir ən-Nuri bildirib. Hərbi qərargahın bəyanatına əsasən, həlak olan zabitlər Ənbar əməliyyatının komandan müavini, general-mayor Abdurahman Əbu Raqif və 10 diviziyaya rəhbərlik edən briqada generalı Safin Abdulməciddir. Qeyd olunur ki, hücum nəticəsində bir neçə nəfər də ölən və yaralanan olub ki, xəbərdə onların adı çəkilmir.
İraq silahlı qüvvələri iyul ayından əhəmiyyətli hissəsinə İŞİD-in nəzarət etdiyi Ənbar əyalətini azad etmək üçün genişmiqyaslı əməliyyat aparır.