Səudiyyə Ərəbistanının başçılığı ilə Ərəb Dövlətləri Koalisiyası Yəmən paytaxti Sənanı azad etməyə hazırlaşır. Bu barədə Baki-xeber.com "Reuters”ə istinadən xəbər verir. Hərbçilər ötən ilin sentyabrından şəhərə nəzarəti ələ almış üsyançı husiləri buradan qovub çıxarmağı hədəfləyir. Buna görə şəhərə əlavə qüvələr cəlb olunur. Agentliyin xəbərinə görə, Aden liman şəhərinə həftənin əvvəlindən 130 zirehli maşın və min nəfərlik şəxsi heyət cəlb olunub. Bundan əlavə, ölkəyə BƏƏ-də Səudiyyə Ərəbistanından olan təlimatçıların hazırlıq keçdiyi yəmənli hərbçilər gətirilib. Hücumu peşəkarlar koordinasiya edəcək. Əməliyyat üçün platsdarm olaraq Marib əyaləti nəzərdə tutulub.
Koalisiya Yəməni vahid şəkildə saxlamaq niyyətindədir, lakin hücum zamanı uğursuzluq ölkənin bölünməsi ilə nəticələnə bilər. Qeyd olunur ki, Yəmən 1990-cı ilə kimi şimal və cənub hissələr olmaqla iki yerə bölünmüş vəziyyətdə olub. 2014-cü ildə hakimiyyətdən narazı üsyançı husilər Sənanı tutaraq hücumu cənuba istiqamətləndiriblər. Bundan sonra prezident Mənsur Hadi 2015-ci ildə Səudiyyə Ərəbistanına qaçıb. Səudiyyəlilər husiləri İranın nəzarəti altına düşməkdə suçlayır, üsyançılar isə bunu qətiyyətlə rədd edir. Martın sonunda koalisiya Hadini hakimiyyətə qaytarmaq üçün husilərə qarşı əməliyyat keçirib. Həmin hava əməliyyatında yüzlərlə yəmənli ölüb. İyulda isə Aden liman şəhərini tutub.