Yunanıstan prezidenti Prokopis Pavlopulos bu gün Vassiliki Tanunu Baç nazir vəzifəsinə təsdiqləyib. Beləliklə Tanu ölkə tarixində hökumətə başçılıq edəcək ilk qadın Baş nazir olacaq. 65 yaşlı Tanu sabahdan artıq vəzifəsinin icrasına başlayacaq.
Bundan əvvəlki baş nazir Aleksis Tsipras 7 aydan da az bir müddətdə tutduğu vəzifə kreslosunu ötən həftə tərk edərək istefa verib. Səbəb isə sol təmayüllü "Syriza” partiyasının Yunanıstanın müflis olması fonunda onun başçılıq etdiyi koalisiya hökumətinin yürütdüyü sərt iqtisadi siyasətə etiraz etməsi olub.