"ADA" Universitetində bu tədris ilində bakalavr və magistr pillələrində 40 ölkədən 103 tələbə təhsil alacaq. "ADA"dan "Report.az" saytına verilən məlumata görə, onlar arasından 52 xarici tələbə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən Əlimərdan bəy Topçubaşov təqaüdünü qazanıb, 8 nəfər isə "ADA" Universitetinin beynəlxalq tərəfdaşları olan universitetlərdən, o cümlədən Böyük Britaniyanın Glasgow Universiteti, Fransanın İESEG Menecment Məktəbi, Cənubi Koreyanın Hankuk Universiteti, ABŞ-ın Miçiqan Universiteti və Türkiyənin Giresun Universitetindən mübadilə tələbələridir.