Avqustun 28-də Türkiyənin Antalya şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
APA-nın "İhlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Ankarada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, nazir Mövlud Çavuşoğlu görüşə qatılmaq üçün Antalyaya gedəcək. Üçtərəfli toplantının regional əhəmiyyətə malik olduğunu vurğulayan T. Bilgiç, Antalya görüşündə Aşqabadda qəbul olunmuş qərarların icrasının müzakirə olunacağını söyləyib.