"İsam dövləti” terrorçu qruplaşması Liviyanın Siirt şəhərinin dəniz sahili ilə uzanan 200 kilometrlik sahillərini öz nəzarətində saxlayır. "İyulun ortalarında mən Şuraya buradakı vəziyyəti məruzə edəndə bildirdim ki, İŞİD Liviyanın mərkəzi hissəsində və Siirt şəhərində strateji nöqtələri nəzarəti altına alıb. Hazırda isə onların nəzarər dairəsi genişlənərək Siirtin şərq və qərb istiqamətlərində sahilboyu 200 kilometrlik ərazisini əhatə edir”- deyə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Bernardino Leon bildirib.
Qeyd edək ki, yaxın ərəfədə yerli silahlı qüvvələr ekstremistləri Siirtdən qovub çıxarmağa nail olub, lakin 3 gün əvvəl terrorçular şəhər üzərində nəzarəti yenidən bərpa edə bilib. B.Leon onu da deyib ki, bu döyüşdə qurbanların sayını dəqiqləşdirmək mümkün olmayıb, lakin hadisə şahidləri İŞİD-in intiqamının dəhşəli olduğunu bildirib.