Bakıda intihara cəhd olunub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azadlıq Meydanında qeydə alınıb. Yevlax rayon sakini, 1956-cı il təvəllüdlü İbrahim Qasım oğlu Abdullayev üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. Ərazidə olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.