Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində pozucu fəaliyyəti davam edir. Ötən sutka əezində düşmən tərəfi 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub. Baki-xeber.com Müdafiə Nazirliyinin saytına istinadən bu barədə bildirir.
Belə ki, sutka ərzində Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Novruzlu, Çıraqlı, Yusifcanlı, Şuraabad, Mərzili, Şirvanlı, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.