Almaniya kansleri Angela Merkel və ABŞ prezidendi arasında dünən telefon danışığı olub. Tərəflər Donbasda vəziyyətin gərginləşməsi və Avropada "miqrant böhranını” müzakirə edib. Bu barədə baki-xeber.com "İnterfaks”a istinadən xəbər verir.
Ağ Evdən bildirildiyinə görə, siyasilərin əsas müzakirə mövzusunu Ukraynanın şərqindəki təmas xəttində rus və separatçı qüvvələrin hücumlarının çoxalması nəticəsində zorakılığın artması təşkil edib. "Obama Ukraynanın Minsk razılaşmasına əməl olunması yönündə irəliləyiş əldə etdiyini, Rusiyanın da analoji mövqedən çıxış etməli olduğunu bildirib”- deyə press-relizdə qeyd olunur.
Xatırladaq ki, Minskdə Ukrayna üzrə təmas qrupunun danışıqları davam edir. Görüş iştirakçıları 1 sentyabr tarixinə kimi Donbasda arəşkəs barədə razılığın əld edilməsinə nail olub.