ABŞ Dövlət katibi Con kerri Rusiyanın sanksiya siyahısına düşə bilər. Bu təklif Federasya Şurasında beynəlxalq komitənin üzvü İqor Morozov tərəfindən səsləndirilib. Buna səbəb isə Valentina Matvienkonun Amerika vizasına məhdudiyyətin tətbiq edilməsi olub. "Cavab tədbirləri asimmetrik xarakter daşımalıdır. Federasiya Şurasının spikeri haqqında məlum "viza qərarı” qəbul edən şəxslər – Con Kerri və onun müavinləri hesabına Rusiya sanksiyalar siyahısını genişləndirməlidir”- deyə o bildirib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Komitə üzvü onu da qeyd edib ki, bu hərəkətilə ABŞ "birtərəfli qaydada beynəlxalq hüquq normalarını pozur və özünün dünya ağalığı iddialarını ortaya qoyur”.
Xatırladaq ki, ABŞ tərəfi Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienkonun vizasına məhdudiyyət qoyub. Bununla da onun 31 avqustda Nyu Yorkda keçiriləcək Dördüncü Ümumdünya Konfransının iclasına qatılması əngəllənib. Bundan əlavə, Matvienko qadın parlament sədrlərinin 29-30 avqust tarixlərində keçiriləcək 10-cu yığıncağına da dəvət almışdı və onun BMT Baş Assambleyasının tribunasında çıxışı nəzərdə tutulurdu.