Dünən axşam saatlarında Tuncelinin mərkəzə bağlı Sarıtaş Jandarma İdarəsinə silahlı basqın olub. Jandarma Özəl Hərəkət dəstəsinin anında qarşılıq verməsilə PKK-çılar qaçıb. Ölən və yaralananın olmadığı basqınla bağlı Valilik açıqlama yayıb. Açıqlamada deyilir:”26 avqust 2015-də Sarıtaş Jandarma İdarəsinə bir qrup terrorçu tərəfindən silahlı basqın olub, güvənlik güclərinin anında qarşılıq verdiyi basqında hər hansı itki qeydə alınmayıb”.
Dünən Osmaniyədə də polisə silahl hücum olub. Polisin zirehli maşını yoldan keçərkən partlayış baş verib. Ölən və yaralananın ilmadığı partlayışın ardından qısamüddətlı atışma olub. Alınan xəbərə görə, Osmaniyə Əmniyət Müdirliyinin maşını Güney dairəsi Qaraçay məzarlığı yanında vəzifə başında olarkən partlayış meydana gəlib. Olay yerində təhqiqat aparılarkən qəsəbə əmniyyət müdiri Nurəddin Gökduman da hadisə baş verən əraziyə gəlib.