Türkiyənin cənubunda, Qaziantep şəhərində polis bölməsinə hücum edilib. Bu barədə "Trend” "Milliyet” qazetinə istinadən xəbər verir. Məlumata əsasən, hücum yerli vaxtla təxminən saat 21:30-da edilib. Hücum nəticəsində xəsarət alan olmayıb. Hücum edənlərin saxlanılması məqsədi ilə şəhərdə xüsusi əməliyyat başlayıb.