An-26 hərbi nəqliyyat təyyarəsinin Krım üzərində uçarkən qəzaya uğraması nəticəsində yeddi heyət üzvü və 23 sərnişin həlak olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Dövlət media mənbələri təyyarənin uçuruma çırpıldığını bildiriblər.
"Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəzaya uğradığı yeri müəyyən edib. "Yerdəki məlumata görə, təyyarədə olan altı heyət üzvü və 23 sərnişin həlak olub", - deyə İnterfaks Müdafiə Nazirliyinə istinadən bildirir.
Rusiya İstintaq Komitəsi qəzada ümumilikdə 30 nəfərin öldüyünü, onlardan yeddisinin heyət üzvü olduğunu dəqiqləşdirib.
Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması və ya onlara hazırlıq) ilə cinayət işi açılıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqənin çərşənbə axşamı saat 18:00 radələrində kəsildiyini bildirmişdi.
Təyyarə ilhaq edilmiş Krım üzərində planlaşdırılmış uçuş həyata keçirirdi.
SAMİRƏ