Axios-un Pentaqonun yüksək vəzifəli rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Yaxın Şərqə əlavə 10.000 Amerika əsgəri göndərmək qərarı gələn həftənin əvvəlində verilə bilər.
Mediada yayılan xəbərlərə görə, göndərilən qoşunlar arasında piyada və zirehli texnika olacaq. Onlar təxminən 5000 dəniz piyadası və bir neçə min paraşütçü ilə gücləndiriləcək və artıq bölgəyə gəlmək əmri alıblar.
“Müdafiə rəsmisi gələn həftə qərar veriləcəyini gözləyir və qoşunların artıq bölgəyə yerləşdirilənlərdən fərqli döyüş bölmələrindən olacağını bildirib", - portal yazır.
Qeyd edək ki, daha əvvəl "The Economist" jurnalı ABŞ-ın İran ətrafındakı hadisələrin necə inkişaf edəcəyi ilə bağlı dörd mümkün ssenarisi olduğunu bildirmişdi: Vaşinqton danışıqlar, qoşunları bölgədən çıxarmaq, hərbi əməliyyatları davam etdirmək və ya gərginləşdirmək. Lakin uyğun vasitəçinin olmaması səbəbindən atəşkəs ehtimalı azdır, nüvə sazişi yetərli olmaya bilər və İranın enerji infrastrukturuna hücumlar da daxil olmaqla, münaqişənin davam etməsi və ya onun eskalasiyası, xüsusən də Körfəz dövlətləri üçün, ciddi risklər daşıyır.
SAMİRƏ