Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa Berlinə səfəri münasibətilə Almaniya Xarici İşlər Nazirliyində keçirilən Almaniya-Suriya iqtisadi görüşü zamanı maraqlı təkliflə çıxış edib.
Əhməd əl-Şaraa bildirib ki, Suriyada hərbi əməliyyatların yaratdığı dağıntılar "böyükdür", lakin bu, həm də "yeni başlanğıc" üçün fürsət yaradır. O deyib ki, enerji və digər mallar İran hakimiyyəti tərəfindən bloklanan Hörmüz boğazını keçmədən Suriya vasitəsilə Aralıq dənizinə çatdırıla bilər.
Alman Sənaye Federasiyasının (BDI) nümayəndəsi Volfqanq Nidermark isə bununla Suriya ilə əməkdaşlıq üçün "tamamilə fərqli bir formada" fürsət yarandığını bildirib. Nidermark əmin edib ki, şirkətlər bu təklifdə özləri üçün fürsətlər görürlər və yeni sistemə öz töhfələrini verəcəklər.
SAMİRƏ