İranda ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 30 nəfər saxlanılıb.
MOUZE Teleqram kanalının xəbərinə görə, bu barədə ETTELAAT-ın açıqlamasında deyilir.
Nazirliyə istinadən verilən xəbərdə deyilir ki, həbslər Həmədan, Lorestan və Kerman əyalətlərində həyata keçirilib.
Həmədan əyalətində 24 nəfərin hərbi, polis və təhlükəsizlik obyektlərinin koordinatlarını, həmçinin hərbi texnikanın yerini düşmənə ötürdüyü iddia olunur. Bu obyektlərin bəzilərinin sonradan hava zərbələrinə məruz qaldığı qeyd edilib. Saxlanılanların üzərindən 11 ədəd “Starlink” peyk rabitə terminalı, odlu silahlar və iti bıçaqlar tapılıb.
Lorestan əyalətində dörd nəfər saxlanılıb. Onlar terrorçu qruplaşmalarla əlaqədə olmaq, ABŞ və İsrail üçün məlumat toplamaq və küçə iğtişaşlarını planlaşdırmaqda ittiham olunur.
Kerman əyalətində isə silah daşıyan iki nəfər saxlanılıb. Onlardan 7 tapança və 10 daraq götürülüb.
SAMİRƏ