ABŞ Prezidenti Donald Tramp İranla müzakirələrin parlament sədri Məhəmməd Baqer Qalibaf aparıldığını açıqlayıb.
Qalibafla bağlı "Onunla işləyib-işləyə biləcəyimizi təxminən bir həftə sonra biləcəyik" deyən Tramp Vaşinqton və Tehran arasında diplomatik kanalın açıq olduğunu təsdiqləyib.
İranda Ali Lider vəzifəsinə seçilən Müctəba Xamenei haqqında da danışan Tramp Xameneinin səhhəti ilə bağlı şayiələri artıran daha bir iddia irəli sürüb. Tramp "yəqin ki, son dərəcə pis vəziyyətdədir" deyərək, yeni liderin ağır yaralandığını və idarəetmə qabiliyyətinin məhdud olduğuna eyham vurub.
ABŞ-ın İranın İsrailin neft emalı zavodlarını hədəf alan hücumuna necə cavab verəcəyinə gəlincə, Tramp "tezliklə görəcəksiniz" deyərək konkret tarix açıqlamaqdan yayınıb.
Tahir TAĞIYEV