Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev iddia edib ki, Yaxın Şərq böhranının yaratdığı enerji təchizatında fasilələr səbəbindən Avropa bir ay ərzində Rusiyadan neft və qaz tələb etmək məcburiyyətində qalacaq.
"Avropalılar əvvəlcə nəticələrini başa düşmürdülər. İndi enerji maneələrini, nəqliyyat vasitələri üçün yanacaq çatışmazlığını görürük", - deyə o bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, Yaxın Şərq münaqişəsinin nəticələri ən azı bir neçə ay ərzində, hətta hər şey bu gün bitsə belə hiss olunacaq, üstəlik, bu miqyaslı böhran əvvəllər heç vaxt yaşanmayıb: “Dünya dərin şokdadır".
İş adamı Oleq Deripaska da vəziyyətin Covid-19 pandemiyasından daha ağır nəticələrə səbəb ola biləcəyini və qısa müddətdə həll olunmayacağını bildirib.
Tahir TAĞIYEV