Fars körfəzində gərginlik artmaqda davam edir. Dubay sahillərində üzən neft tankeri vurulub və gəmidə yanğın baş verib.
Bütün heyət üzvlərinin təhlükəsiz olduğu bildirilir. Küveyt Neft Korporasiyasının sosial mediada yayımlanan açıqlamasında bildirilir ki, xam neft tankeri Salimi Dubay limanında lövbər salarkən İran tərəfindən hücuma məruz qalıb.
Səlahiyyətli orqanlar ərazidən keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat verməyi tövsiyə edib.
Qeyd olunur ki, son zamanlar, xüsusən də Hörmüz boğazı və ətrafında neft tankerlərinə oxşar hücumlar artıb.
Tahir TAĞIYEV