ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki müharibəyə son qoymağa, Hörmüz boğazını gəmiçilik üçün bağlı və əsasən Tehranın nəzarəti altında saxlamağa hazırdır.
Bu barədə The Wall Street Journal prezident administrasiyasının rəsmilərinə istinadən xəbər verir.
Bildirilir ki, son günlərdə Tramp və köməkçiləri boğazın açılmasına cəhdin münaqişəni planlaşdırılan dörd-altı həftədən çox uzadacağı qənaətinə gəliblər. Rəsmilərin sözlərinə görə, Trampın məqsədi İranın donanmasını və raket ehtiyatlarını azaltmaq, sonra isə düşmənçilikləri azaltmaq, eyni zamanda Tehrana sərbəst ticarəti bərpa etmək üçün diplomatik təzyiq göstərməyə nail olmaqdır.
WSJ-nin mənbələri bildirib ki, bu uğursuz olarsa, Vaşinqton Avropa müttəfiqlərindən və Fars körfəzi ölkələrindən boğazın açılması təşəbbüsünü göstərmələrini tələb etmək niyyətindədir.
SAMİRƏ