Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranla kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı iddiaları təkzib edib.
“France Television” telekanalına müsahibəsində o bildirib ki, Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq mövcuddur və bəzi hərbi məhsulların tədarükü həyata keçirilib, lakin Rusiya tərəfi İrana kəşfiyyat məlumatları təqdim etdiyi barədə ittihamları qəbul etmir.
Lavrov əlavə edib ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının yerləşməsi barədə məlumatlar açıq mənbələrdə mövcuddur və bu səbəbdən İranın həmin obyektləri hədəf alması onu təəccübləndirmir.
SAMİRƏ