İsveçin “Karlskoga Tidning-Kuriren” qəzetində Azərbaycan Respublikasının İsveçdəki səfiri Zaur Əhmədovun Azərbaycan və İsveçin ortaq tarixinin az tanınan səhifəsinə – Bakının Nobel mükafatının yaradılmasına töhfəsinə həsr olunmuş məqaləsi dərc olunub. “Bakının Nobel mükafatına töhfəsi – unudulmuş, lakin bəhs edilməyə layiq İsveç hekayəsi” sərlövhəli məqalədə diplomat xatırladır ki, Nobel mükafatının təsis edildiyi kapitalın əhəmiyyətli hissəsi dinamit istehsalından deyil, XIX əsrdə Bakıda hasil edilən neftdən əldə edilib.
Z. Əhmədov Nobel qardaşlarının – Robert, Lüdviq və Alfredin “Branobel” şirkətini yaradaraq, dünyada “Zoroastr” ilk neft tankerini tikib, ilk neft kəmərlərini çəkərək Azərbaycanın neft sənayesinin təşəkkülündə necə mühüm rol oynadıqlarından ətraflı bəhs edir. Müəllif vurğulayır ki, Bakı nefti texnoloji tərəqqinin mühərrikinə çevrildi və Avropada milyonlarla insanın gündəlik həyatını dəyişdi. “Bakı nefti Avropanın küçələrini işıqlandırırdı və evləri qızdırırdı - kerosin günü uzatdı və milyonlarla insanın həyatını dəyişdirdi”, - deyə diplomat yazır.
Mətləb