ABŞ Prezidenti Donald Tramp Kanada Baş naziri Mark Karni ilə görüş zamanı Rusiya ilə münasibətlər və Vladimir Putin barədə danışıb. Ağ Ev rəhbəri Rusiya lideri barədə ümidsiz olduğunu bəyan edib. SİTAT: "Prezident Vladimir Putin məni çox məyus etdi, çünki düşünürdüm ki, bu məsələnin həlli asan olacaq. Ancaq bunun Yaxın Şərqdən daha çətin olduğu ortaya çıxdı", - Tramp qeyd edib.
Mətləb Salahov