Ermənistan daha bir ölkədən "qrant müjdəsi" allb. Belə ki, Ermənistan hökümətinin 2 oktyabr tarixində keçirilən iclasında Almaniya ilə texniki əməkdaşlıq sazişi təsdiqlənib. Sazişə əsasən, Almaniya İrəvana 15,6 milyon avro həcmində qrant ayıracaq. Məlumata görə, vəsait sosial, iqtisadi və infrastruktur layihələrinin inkişafına yönəldiləcək. Ermənistan hökuməti açıqlamasında bu yardımın ölkənin əsas sahələrinin modernləşdirilməsinə xidmət edəcəyini bildirib. Qeyd edək ki, Almaniya uzun illərdir Ermənistanın əsas donor ölkələrindən biridir.
Mətləb