Çinin Azərbaycandakı səfiri Lu Mey ilk dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinqdə mühüm fikirlər səsləndirib. Səfir qeyd edib ki, ÇXR-in Sədri Si Cinpin 2023-cü ildə Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb və bununla da ümumbəşəri dəyərləri təşviq etməyə, sivilizasiya irsinin qorunmasına, onun innovativ inkişafına, humanitar mübadilənin və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. Bu, Çinin sivilizasiyalararası dialoqun genişləndirilməsi işinə mühüm töhfəsidir.
SİTAT: “Sivilizasiyalararası dialoq təşəbbüsü müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş prosesdir. Bu, insanların mədəniyyətlər arasındakı fərqləri tanımasına və onlara hörmət etməsinə imkan yaratmaq, bununla da planetdə sülhü və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsüdür.
Digər 83 ölkə kimi, Azərbaycan da bu prosesə dəstək ifadə edən sənədi imzalayıb. Sivilizasiyalararası dialoq müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın təşviqinə yönəlib”.
Mətləb Salahov