Ermənistan baş naziri Nikol Paşinyan ermənilərin Katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün ciddi addımlara başlayıb. Erməni mediası yazır ki, N.Paşinyan ona qarşı amansız müxalifət mövqeyində olan Katolikos II Qaregini "bitirmək" üçün əlaqələndirmə qrupu yaratmaq istəyir. "Aysor.am" yazır ki, qrupun ilk 10 üzvünü baş nazirin özü seçəcək. Hazırda Ermənistanda əsas siyasi proseslər kilsə ilə hazırkı hakimiyyət arasında cərəyan edir.
Mətləb Salahov