Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın birinci prezidenti ilə bütün ermənilərin katolikosu II Qareginin görüşünü şərh edib:- "Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir", - deyə Paşinyan Facebook-da yazıb.
Məlum olduğu kimi, Eçmiədzinin Ana taxt-tacının verdiyi məlumata görə, iyunun 7-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzinin Ana taxtına baş çəkib və katolikosla söhbət edib. Söhbət zamanı sabiq prezident Ermənistan Patriarxını tam dəstəklədiyini bildirib, eyni zamanda Ermənistan hakimiyyətinin 1700 illik {?} erməni kilsəsinə qarşı konstitusiyaya zidd təcavüzlərini qəti şəkildə pisləyib.
Surxay Əliyev