Mask "bombanı partlatdı": Epstein faylları açıqlanmadı, çünki orada Trampın adı var idi

Milyarder İlon Mask X sosial şəbəkəsində bildirib ki, pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi üzrə dosyelərdə ABŞ prezidenti Donald Trampın adı yer aldığı üçün ictimaiyyətə açıqlanmayıb. "Həqiqətən güclü bomba partlatmağın vaxtıdır. Epşteynin fayllarında Donald Trampın adı var. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur. Gününüz xeyir, Donald Tramp!" deyə Mask yazıb. Daha sonra Mask 1992-ci ildə Epsteinin ziyafətindən çəkilmiş fotoşəkili yenidən yayımladı, burada ABŞ prezidenti gənc qadınlarla əylənərkən görüntülənib. Mask və Tramp arasında qarşıdurma Maskın kəskin tənqid etdiyi büdcənin azaldılması qanununa görə başladı.
Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkdakı federal həbsxanada məhkəməni gözləyərkən intihar etmişdi.
Surxay Əliyev