Tramp Elon Maska görə, “çox məyus olduğunu” bildirdi

ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında milyarder İlon Maskdan “çox məyus olduğunu” bildirib. "Elondan çox məyus oldum" deyən Tramp əlavə edib:-"Mən Elona çox kömək etdim." Tramp həmçinin Maskın “bu qanun layihəsinin daxili işini bu otaqdakı hər kəsdən yaxşı bildiyini” söylədi. ABŞ prezidenti, Maskın elektrik avtomobillərinə istinad edərək, "yalnız elektrik avtomobillərini azaltmalı olacağımızı biləndə problemlə üzləşdiyini" söylədi.
Çərşənbə axşamı Mask Trumpın federal xərclərin azaldılmasını "iyrənclik" adlandırdı. O, həmçinin bildirib ki, qanun layihəsi ABŞ-ın büdcə kəsirini 2,5 trilyon dollara çatdıracaq və amerikalıları dayanıqsız borcla üz-üzə qoyacaq.
Surxay Əliyev