Almaniya kansleri Fridrix Merz Vaşinqtona səfər etdi

Almaniya kansleri Fridrix Merz ilk rəsmi səfərini iyunun 5-nə keçən gecə Vaşinqtona edib. Yerli vaxtla günün birinci yarısında (Moskva vaxtı ilə 18:30) o, dörd həftə əvvəl vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfərində Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Oval kabinetdə (Moskva vaxtı ilə saat 18:45-də) birgə nahar və mətbuatla görüş planlaşdırılır. Merz və Tramp arasında keçiriləcək danışıqlarda Ukraynada müharibəyə son qoymaq səyləri, NATO-nun artan xarici təhdidlərə reaksiyası, ABŞ və Aİ arasında gömrük münaqişəsi müzakirə olunacaq.
Merz artıq açıq şəkildə bəyan edib ki, o, Vaşinqtona “ərizəçi” kimi getmir və Avropanın mövqelərini inamla müdafiə edəcək. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski və Cənubi Afrika prezidenti Siril Ramafosanın Ağ Evə oxşar səfərləri Trampla açıq qarşıdurmalarla yadda qalıb.
Surxay Əliyev