MDB Baş nazirləri sentyabrda Minskdə toplaşacaq

MDB hökumət başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək. Bu barədə MDB-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, baş nazirlər bu gün Düşənbədə MDB çərçivəsində iqtisadi və mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
"Həmçinin MDB İqtisadi Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi, Birlik orqanlarının fəaliyyətinin kadr və maliyyə-təşkilati aspektlərinə dair bir sıra sənədlər qəbul edilib. MDB hökumət başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək", - məlumatda qeyd olunub.
Mətləb