Ölkənin polis rəisinin kriminal avtoritetlə qohumluğu təsdiqləndi

Mən yeni polis rəisi Aram Qazaryanın kriminal aləmdə “Kanakertsi Tuy” kimi tanınan Artur Qazaryanla qohumluq əlaqələri barədə məlumatı inkar etməyəcəyəm. Lakin bu, Aram Qazaryanın fəaliyyətinə heç bir şəkildə təsir edə bilməz. Bunu iyunun 4-də jurnalistlərlə söhbətində Ermənistanın daxili işlər naziri Arpin Sarkisyan deyib.Nazir deyib ki, "Daxili İşlər Nazirliyi sisteminə, polis sisteminə daxil olarkən daxili təhlükəsizliyin toxunulmazlığına, heç kimin fəaliyyətinə mane olmayacağına əmin olmaq üçün şəxsi heyətin dərindən öyrənilməsi aparılır.
Aram Qazaryan da bu yoxlamadan keçib və bütün hallar, o cümlədən keçirilən tədbirlərdə məhdudiyyətin olub-olmaması nəzərə alınıb. Ailə əlaqələrindən asılı olmayaraq, Aram Qazaryanın polis rəisi kimi öz funksiyalarını yerinə yetirməsinə imkan verəcək insani dəyərlərə malik olmaqla yanaşı bu sahədə təcrübəsi var. Ermənistan çox kiçik ölkədir və hamımızın qohum-əqrəbamız ola bilər, amma vəzifədə olan şəxsin aydın missiyası var və əgər insan öz tapşırığını asanlıqla və məhdudiyyətsiz yerinə yetirə bilirsə, deməli, mən bununla bağlı heç bir problem görmürəm”, - deyə Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri sözlərinə əlavə edib.
Surxay Əliyev