“44 günlük müharibədə işğal etdiyimiz əraziləri itirdik, amma dövlət qazandıq”

Baş nazir Nikol Paşinyan Irəvan Dövlət Universitetində çıxışı zamanı deyib: “Mən düşünmürəm ki, 1991-ci ildən bu yana Ermənistanda indi olduğundan daha legitim hökumət olub. O qeyd edib ki, 2021-ci ildə müharibədən sonra hakimiyyətin legitimliyi sual altında qaldığından növbədənkənar seçkilərin keçirilməsinə qərar verildi. "Biz legitimlik problemini həll etmək üçün seçkilərə getdik.
Əslində, biz bu seçkiləri biz ölüm təhlükəsi altında keçirdik", - deyə Paşinyan bildirib. O, həmçinin vurğulayıb ki, 44 günlük müharibə nəticəsində “vətənin bir hissəsini”,daha doğrusu uşğal etdiyimiz əraziləri itirdik, amma əvəzində daha suveren və daha müstəqil dövlət əldə etdik”.
Surxay Əliyev