Ermənilər qətlə yetirdikləri Təlat Paşaya abidə qoyulmasına etiraz edirlər

Ermənilərin saxta “erməni soyqırımı”n guya əsas təşkilatcılarından biri saydıqları Tələt Paşaya Türkiyədə xatirə lövhəsinin qoyulması Ermənistanda müzakirə obyekti olub.Abidənin açılmasına erməni türkoloq Varujan Qeqamyan belə münasibət bildirib:- “Yeri gəlmişkən, açılış mərasimində ən yüksək reytinqə malik Ankaranın müxalif bələdiyyə sədri Mənsur Yavaş çıxış edərək deyib: "Təlat Paşanın xatirəsini yaşatmaq üçün abidə ucaltdıq. Təlat Paşa kimi dövlət xadimlərinin və diplomat şəhidlərimizin xatirəsi paytaxt Ankaranın tarixi davamlılığını, dövlət yaddaşını qoruması deməkdir. Onu da qeyd edim ki, bu layihə təkcə abidə ilə bağlı deyil, həm də ictimaiyyətin keçmişə sahib çıxması istəyidir".
Erməni türkoloq isə bunu “Ərdoğan gedərsə Türkiyənin bizə münasibətini dəyişəcək” tezisinin mənasızlığı kimi dəyərləndirib.
Surxay Əliyev