"Özbəkistan Azərbaycanın sürətli iqtisadi inkişafını fərəhlə müşahidə edir" - səfir

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov "Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişafının perspektivli istiqamətləri" adlı Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclasında mühüm açıqlamalarla çıxış edib. Səfir bildirib ki, Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri əməkdaşlığın ən yüksək səviyyəsini nümayiş etdirir.
"Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Özbəkistanın əsas xarici siyasət prioritetləri sırasındadır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan genişmiqyaslı islahatları görürük", - səfir qeyd edib. O vurğulayıb ki, Özbəkistan Azərbaycanın sürətli iqtisadi inkişafını və beynəlxalq nüfuzunun möhkəmlənməsini fərəhlə müşahidə edir.
Mətləb Salahov