Muxtar Babayev Afrikalı nazirlə görüşüb

Bakı Enerji Həftəsi çərçivəsində COP29-un rəhbəri və Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriatu Luiş Soareş Kassama ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı COP29-un uğurlu nəticələri, xüsusilə iqlim maliyyəsi ilə bağlı əldə olunmuş mühüm qərarlar və COP30-a gedən yolda davamlılığı və iddialılığı təmin etməyə yönəlmiş “Bakıdan Beləma Yol Xəritəsi”nin təqdimatı müzakirə olunub.
Nazir S.Kassama Azərbaycanı COP29-a ev sahibliyinə görə təqdir edib və Qvineya-Bisaunun qlobal iqlim gündəliyini dəstəkləməyə sadiqliyini bir daha təsdiqləyib.
Mətləb Salahov