"Bu cür ifadələr təkcə qərəzli deyil, həm də..." -- Əlcəzairli professor Fransanı "bombaladı"

Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri professor Chakib Benhafri Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın açılışında çıxışı zamanı maraqlı fikirlər səsləndirib. Professor, xüsusilə Fransa mətbuatında Əlcəzair və digər ölkələr barədə yazılanlara diqqət çəkib. SİTAT: "Mən uzun illərdir ki, Şimali Afrika və digər regionlarda miqrasiya ilə bağlı müxtəlif akademik və ictimai nəşrlərin məsləhətçisi olmuşam. Lakin bəzi nəşrlərdə rast gəldiyim təsvirlər məni ciddi şəkildə təəccübləndirdi. Bu təsvirlər arasında xüsusilə bir ifadə diqqətimi çəkdi: “İrəliləməyən Afrika, böhran içində olan Afrika”.
Bu cür ifadələr təkcə qərəzli deyil, həm də postkoloniya dövrü Afrika dövlətlərinin müstəqillik və identiklik uğrunda mübarizəsinə qarşı laqeyd bir yanaşmanı əks etdirir. Bu gün belə, biz sanki “müstəqil bir ölkə”də yaşayırıq, amma əslində heç vaxt tam müstəqillik qazandığımız hiss olunmur. “Müstəqil ölkə” ifadəsi, sanki real bir varlıqdan çox, bir məqsəd, bir arzu kimi qalır."