İranın Azərbaycana yeni təyin etdiyi səfir kimdir?

İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Muctəba Dəmirçili ölkənin Bakıdakı yeni səfiri təyin edilib. Bununla bağlı məlumatı Iranian Students’ News Agency (ISNA) yayıb.
Məlumata görə, Muctəba Dəmirçili bundan əvvəl Nazirliyin Avrasiya Baş İdarəsinin rəhbəri kimi fəaliyyət göstərib. Yeni təyinatla o, rəsmi olaraq İran İslam Respublikasının Azərbaycandakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək.
Mətləb