44 günlük müharibədə Paşinyan erməni kəşfiyyatının bu məlumatına ciddi baxmadı....

“Hayrenik” (Vətən) partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan “LurjCast” proqramının efirində deyib ki, baş nazir Nikol Paşinyanla yeganə fikir ayrılığı onun xarici siyasətidir: "Dedim ki, bu, “Artsax”ın itirilməsinə gətirib çıxaracaq. Onunla başqa fikir ayrılığım yox idi. Mənim üçün “Artsax”ın itirilməsi həyatımdakı ən böyük ağrıdır. Mən bu barədə danışdım, bildirdim ki, bu siyasətin nəticələri müharibədir. Biz müharibəyə hazır deyildik, çünki bu, yeni nəsil müharibəsi olmalı idi", - deyə Vanetsyan qeyd edib. O əlavə edib ki, müharibədə məğlubiyyət onunla bağlıdır ki, pilotsuz uçuş aparatları - “Bayraktarlar” ilk dəfə “Artsax”da 44 günlük müharibə zamanı kütləvi şəkildə istifadə edildi. "Biz bununla üzləşməyə hazır deyildik. Amma Türkiyənin bu pilotsuz uçan aparatlara malik olması barədə məlumatımız var idi və Azərbaycan da onları almışdı. Mən bu barədə danışdım və cavab olaraq Vanetsyanın baş nazir olmaq istədiyini eşitdim. “Artsax”da belə bir vəziyyətin olduğuna heç kim inanmırdı", - deyə Vanetsyan yekunlaşdırıb.
Surxay Əliyev