Bu gündən İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşlara başlanılıb

Bu gündən Türkiyənin İstanbul şəhərindən Azərbaycanın Naxçıvan şəhərinə və əks istiqamətdə uçuşlara başlanılıb. Reysləri qonşu ölkənin “AJet” aviaşirkəti həftədə iki dəfə olmaqla (çərşənbə axşamı və şənbə günləri) həyata keçirir. Qiymətlər isə 120 manatdan başlayır. Bakı vaxtı ilə saat 05.55-də İstanbuldakı Sabiha Gökçen beynəlxalq hava limanından səmaya qalxan təyyarə saat 09:05-də Naxçıvan aeroportuna enib.
Mətləb