"Ancaq sui-istifadə edən qüvvələr var" - Fərid Şəfiyev

"Azərbaycan ilə Türkiyə arasında elmi təmaslar və müzakirələr çox vacibdir. İki ölkə arasında konsepsiya Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülüb və bu gün də uğurla davam edir. Bizim iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz inkişaf edir."
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Yeni geosiyasi reallıqların Türkiyə - Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" adlı dəyirmi masada deyib.
Fərid Şəfiyev qeyd edib ki, bəzi media subyektlərində guya Azərbaycan ilə Türkiyə arasında problemlərin olduğu bildirilir. "Qeyd etməliyəm ki, iki ölkə arasında problem yoxdur. Problem yaranarsa, bu məsələlər dövlət səviyyəsində müzakirə olunub, həll edilir. Ancaq sui-istifadə edən qüvvələr var. Biz iki ölkə arasındakı əlaqələri pozmaq istəyən qüvvələrə qarşı effektiv kontur tədbir görməliyik", - deyə o əlavə edib.
Mətləb Salahov