Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi İbrahimov Sahil Nurəddin oğludur. Onun nəşinin qalıqları sabah saat 12.00-da Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.
Mətləb